Ali məktəblərdə yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı qərara DƏYİŞİKLİK

7 İyul 2020 18:21 (UTC+04:00)

Nazirlər Kabineti “Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” qərarında dəyişiklik edib. SİA-nın məlumatına görə, qərarla "Ayrı-ayrı elm sahələri üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin doktorantura (dissertantlıq istisna olmaqla) səviyyəsində hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı” təsdiq edilib. Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və əsas (baza ali) tibb təhsili səviyyəsində hər bir təhsilalana düşəntəhsil xərclərinin miqdarı” yeni redaksiyada verilib.