Təmasın izlənilməsi COVID-19-un yayılmasının qarşısını almaq üçün ən effektiv üsuldur ÜST

7 İyul 2020 17:00 (UTC+04:00)

COVID-19-a yoluxanlarla təmasın izlənilməsi vacibdir. SİA-nın məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyi bildirir ki, təmasın izlənilməsi COVID-19-a yoluxmuş şəxslə yaxın təmasda olmuş bütün insanların müəyyənləşdirilməsi deməkdir.

Yaxın təmasda olduğunuz insanların infeksiyaya yoluxub-yoluxmadığının öyrənilməsi və koronavirusa yoluxma zəncirinin qırılması üçün bu halların idarə edilməsi virusun yayılmasının qarşısını almaqda ən effektiv üsuldur.