"Prezidentin təşəbbüsü beynəlxalq ictimaiyyəti səfərbər edəcək" İlqar İlyasov

7 İyul 2020 16:30 (UTC+04:00)

İlqar İlyasov

YAP Laçın rayon təşkilatının sədri

Dünyada koronovirus pandemiyasının tüğyan etdiyi ilk gündən Prezident Ilham Əliyevin rəhbərliyi ilə ölkəmiz koronovirusla regional və qlobal səviyyədə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədi ilə bir sıra zəruri təşəbbüslər irəli sürdü, məqsədyönlü addımlar atdı. Qoşulmama Hərəkatının sədri kimi möhtərəm prezidentimizin təşəbbüsü ilə COVID-19-a qarşı mübarizədə biz birlikdəyik mövzusunda keçirilən zirvə görüşündə Azərbaycan öz səmimi mövqeyini ortaya qoydu və bütün ölkələri bu bəlaya qarşı birgə mübarizəyə səslədi. Dövlət başçımız elə həmin konfransda qlobal həmrəyliyin nümunəsi kimi, pandemiya ilə mübarizə məqsədi ilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sesiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Hərəkat üzvləri təşəbbüsə yekdilliklə səs verdilər. BMT-nin xüsusi sesiyalarının keçirilməsi üçün 97 ölkənin bu təşəbbüsü qiymətləndirməsi lazım olduğu halda Möhtərəm Prezidentimizin təşəbbüsü təşkilata üzv olan 130-dan artıq ölkə tərəfində dəyərləndirildi. Yalnız Ermənistan yenə öz ampluasında çıxış edərək, bu humanist təşəbbüsü dəyərləndirmədi. Ermənistan qlobal xarakter daşıyan bu humanist təşəbbüsə qarşı çıxış etməklə öz irticası simasını dünya birliyinə nümayiş etdirdi. Təşəbbüsü dəstəkləyən ölkələr arasında BMT-nin təhlükəsizlik şurasının daimi üzvləri ilə yanaşı kiçik ada dövlətlərinə qədər var. BMT baş katibinə ünvanlanan məktublarda Prezident Ilham Əliyevin Baş Assambleyanın Xüsusi sesiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün vaxtında verilmiş və çox ehtiyac duyulan bir təşəbbüs olduğu vurğulanır. Hər bir Azərbaycanlı ölkə Prezidentinin bu humanist təşəbbüsünü dəstəkləyir və ümüd edir ki,xüdusi sesiya pandemiya ilə mübarizədə beynəlxalq ictimaiyyətin tam olaraq səfərbər olmasına şərait yaradacaqdır. Ölkəmizdə COVİD-19 -a qarşı mübarizə tədbirləri beynəlxalq təcürbəyə söykənir, Ümumdünya Səhiyyə Təşkilatının tövsüyyələrinə uygun aparılır. Azərbaycanın birinci vitse- prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın pandemiya ilə mübarizədə göstərdiyi dəstəyi xüsusi qeyd etmək lazımdır. Dövlətimizin pandemiya dövründə göstərdiyi bütün qabaqlayıcı tədbirlər xalqımız tərəfindən yüksək qiymətləndirilir və hər bir vətəndaş Dövlətlə öz həmrəyliyini nümayiş etdirir.