Milli ruhlu ziyalı Mübariz İsmayılov qəlblərdə hər zaman yaşayacaq

7 İyul 2020 15:38 (UTC+04:00)

Hər bir cəmiyyətin inkişafında yaradıcı ziyalıların fəaliyyətləri, onların ömür yolları mühüm rol oynayır. Belə söz, sənət adamları xalqın sevgisini qazanır və həyatlarını dəyişib, fani dünya hesab edilən bu dünyadan haqq dünyasına köç etdikləri zamanda unudulmur və qəlblərdə yaşayırlar. Azərbaycanda kifayət qədər tanınan, pedaqoq, jurnalist və ictimai xadim Mübariz Vəli oğlu İsmayılov ömrünün sonuna qədər xalqa və dövlətə xidmət etdi. Bu səbəbdən də dünyasını dəyişdikdən sonra insanların qəlbində özünə silinməz iz qoyub.

Öz bədii yaradıcılığı ilə Azərbaycan jurnalistikasında tanınmış sima olan Mübariz İsmayılov 25.07.1953 Naxçıvan şəhərində doğulub. Naxçıvan şəhər 2 saylı məktəbi bitirdikdən sonra, ali təhsil almaq üçün sənədlərini Naxçıvan Dövlət Pedoqoji İnstitunu verib. İnstitu bitirdikdən sonra uzun illər “Şərq qapısı” qəzetində çalışıb. 1995 ildə Bakı şəhərinə köçdükdən sonra “Səs” qəzetində (1995-1997) işləyib və peşəkarlığı, kollektivlə səmimi, mehriban münasibəti səbəbindən müxbir vəzifəsindən baş redaktorun müavini vəzifəsinə qədər yüksəlib.

Daha sonra fəaliyyətini “Xəzər TV”nin Xəbərlər redaksiyasında redaktor kimi davam etdirib.

Bir oğlu var.

Həyat yoldaşı iki il əvvəl dünyasını dəyişib.

Mübariz İsmayılov 03.07.2020 tarixdə xərçəng xəstəliyindən vəfat edib. Badamdar qəbirstanlığında torpağa tapşırılıb. Milli ruhlu ziyalı Mübariz İsmayılov onu tanıyanların qəlbində hər zaman yaşayacaq. Mübariz İsmayılovun təcrübəsindən, istedadından bəhrələnmiş gənc jurnalistlər onun dəst-xəttini davam etdirəcək və Azərbaycan jurnalistikasının daha da inkişaf etməsinə tövhələr verəcəklər.

Allah Mübariz İsmayılova rəhmət eləsin, ruhu şad yeri cənətlik olsun.

İLHAM