Sankt-Peterburq Mədəniyyət Forumu hansı mövzuya həsr ediləcək?

7 İyul 2020 14:51 (UTC+04:00)

Sankt-Peterburq Mədəniyyət Forumu mədəniyyətlərin və sivilizasiyaların qarşılıqlı əlaqələri mövzusuna həsr ediləcək. Forumun mətbuat xidmətində SİA-ya bildiriblər ki, IX Sankt-Peterburq Mədəniyyət Forumu “Sivilizasiyaların mədəniyyəti – mədəniyyətlərin sivilizasiyasıdır” mövzusuna həsr olunacaq. Bu il Azərbaycan və Fransa forumun qonaqları qismində çıxış edəcəklər. Almaniya forumun xüsusi qonağı statusunda olacaq.

Noyabrın 12-14-ü tarixlərində keçiriləcək Forumun mətbuat xidmətində qeyd ediblər ki, sosial qarşılıqlı əlaqələrin adi modellərini ciddi sınaqlara məruz qoymuş pandemiya şəraitində mədəniyyət insanlara mürəkkəb vəziyyətdə gələcəyə əminlik, ümid və dəstək verən təmələ çevrilib. Forumun işində mədəniyyət xadimlərinin, akademik dairələrin və biznes təmsilçilərinin, mədəni siyasət liderlərinin iştirakı gözlənilir.

Tədbirin təşkilatçıları qismində Rusiya hökuməti, Sankt-Peterburq Mədəniyyət Komitəsi və hökuməti çıxış edirlər.