Son sutka ərzində 6 min 368 nəfər koronavirusa yoluxub - Rusiyada

7 İyul 2020 13:25 (UTC+04:00)

Rusiyada son sutka ərzində 6 min 368 nəfər koronavirusa yoluxub. SİA-nın məlumatına görə, bununla da ölkədə infeksiya daşıyıcılarının sayı 694 min 230 olub.

Ölənlərin sayı 198 nəfər artaraq 9 min 551-ə çatıb.

Beləliklə, Rusiyada gündəlik yoluxmalarda artım 1%-dən 0,9%-ə düşüb.

Yeni yoluxmaların 29,9%-də simptoma rast gəlinməyib.