Tehranda fabrikdə oksigen tankı partlayıb - Ölənlər və yaralananlar var

7 İyul 2020 12:20 (UTC+04:00)

İranın paytaxtı Tehranda fəaliyyət göstərən fabrikdə oksigen tankı partlayıb. SİA-nın məlumatına görə, nəticədə 2 nəfər həlak olub, 3 nəfər yaralanıb.

Partlayış ətrafdakı tikililərə zərər verib.

Hadisə yerinə xilasedicilər cəlb edilib.