Pandemiya dövründə incəsənətin inkişaf yolu müzakirə edilib

7 İyul 2020 13:03 (UTC+04:00)

Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial şəbəkədəki hesabları vasitəsilə rəssamlar Fərhad Yalquzaq və Nazim Məmmədovla “Pandemiya dövründə incəsənətin inkişaf yolu” mövzusunda müzakirə aparılıb.

Qalereyadan SİA-ya bildirilib ki, görüşdə rəssamlar pandemiya səbəbindən hazırda dünyada yaranmış mövcud vəziyyətin ölkəmizdə yaradıcılıq prosesinə təsirindən danışıb və izləyicilərin ünvanladığı sualları cavablandırıblar.