19 futbolçu koronaya yoluxdu Laboratoriya səhvi

7 İyul 2020 11:25 (UTC+04:00)

Bolqarıstanın Futbol Federasiyasına aid iki komandanın 19 futbolçusu yerli laboratoriyanın səhvinə görə COVID-19-a yluxublar. SİA xəbər verir ki, bu barədə “Sportstar” yazır.

Əvvəlcə bəlli olub ki, “Sarskoye Selo” komandasının yarımmüdafiəçisi Martin Kavdanski xəstələnib. Lakin onun testi neqativ çıxıb və futbolçu “Çernoye more” ilə oyundan əvvəl evə buraxılıb.

Nəticədə analiz səhvəri iki komandanın futbolçularının yoluxmalarına səbəb olub. Belə ki, “Sarskoye selo”dan 3, “Çernoye more”dən isə 16 futbolçu koronavirusa yoluxublar. Gec olsa da, laboratoriya buraxdığı ağır səhvi etiraf edib.