Braziliya prezidenti özündə koronavirus simptomlarını hiss edir

7 İyul 2020 07:46 (UTC+04:00)

Braziliya prezidenti Jair Bolsonaru koronavirus infeksiyası üçün xarakterik olan simptomlar səbəbindən həftənin sonuna qədər planlaşdırılan tədbirləri ləğv edib.

SİA xəbər verir ki, bu barədə "CNN Brasil" telekanlı bildirib.

Məlumata əsasən, prezident koronavirus ilə bağlı testdən keçib. Testin nəticəsi bu gün gözlənilir.

J.Bolsonarunun sözlərinə görə, onun temperaturu 38 dərəcəyə qalxdı və qanda oksigenin doyma səviyyəsi 96 faizə düşdü.