Şamaxı rayonunda Bakı sakini olan piyadanı maşın vurub

6 İyul 2020 20:31 (UTC+04:00)

Şamaxı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə bu gün saat 19:30 radələrində Bakı-Şamaxı yolunda, Şamaxı "ASAN" Xidmət Mərkəzinin qarşısında baş verib.

"Mercedes" markalı minik avtomobili yolu keçən piyadanı, Bakı şəhər sakini, Şamaxıda yaşayan 1996-cı il təvəllüdlü İsmayılova Tamam Akif qızını vurub. Yaralı ağır vəziyyətdə Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.