Sabirabad rayonununda baş ağır yol qəzasında 2 nəfər ölüb

6 İyul 2020 23:46 (UTC+04:00)

Sabirabad rayonunun Qalağayın kəndi ərazisində ağır yol qəzası baş verib.

SİA xəbər verir ki, “Prado” markalı minik avtomobili “Shacman” yük avtomobili ilə toqquşub.

Qəza nəticəsində bir ailənin 4 üzvündən 2 nəfər ölüb (bir qadın, bir kişi), 2-si isə yaralanıb. Yaralılar Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.