"Beşiktaş" üzərində qələbə sayəsində "Kayserispor" təhlükəli zonanı tərk edib

7 İyul 2020 00:05 (UTC+04:00)

Türkiyə Super Liqasında 30-cu turun son oyunu keçirilib

SİA xəbər verir ki, son gündə "Beşiktaş" meydana çıxıb.

İstanbul təmsilçisi autsayderlər zonasında qərarlaşan "Kayserispor"un qonağı olub. "Ağ-qaralar" qalib gələcəyi təqdirdə, bir gün əvvəl büdrəyən "Qalatasaray"ı geridə qoyacaqdı. Lakin bu yaxınlarda Azərbaycan millisində oynamaq təklifini qəbul etməyən Hasan Hüseyn Acarın əla çıxışı "Kayserispor"a vacib 3 xal qazandırıb.

Bu qalibiyyət sayəsində Robert Prosineçkinin yetirmələri təhlükəli zonanı tərk edib.

Türkiyə Super Liqası
XXX tur
6 iyul
"Kayserispor" - "Beşiktaş" - 3:1
Hasan Hüseyn Acar, 51, 83; Kravets, 86 - Hatçinson, 74