BŞBPİ bir qadının polisə tabesizlik etməsini əks etdirən görünütüləri araşdırıb

6 İyul 2020 17:57 (UTC+04:00)

Sosial şəbəkələrdə polis əməkdaşlarına bir qadının tabesizlik göstərməsi əks olunan görünütülər araşdırılıb.

Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, fakt 1 ay əvvəl – iyunun 7-də şənbə-bazar günlərində sərtləşdirilmiş karantin günündə Xətai rayonunda qanunsuz fəaliyyət göstərən mağazanın icarədarı bölməyə dəvət olunarkən baş verib. Buna baxmayaraq, B.M-nın bölməyə aparılaraq epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimini pozduğuna görə inzibati məsuliyyətə cəlb olunub.