Metrolar tam dayandırıldı,çünki metro sərnişinlərin ən sıx olduğu nəqliyyat vasitəsidir və yoluxma halı çox labüddür.Bunu vətəndaş anlayışla qarşılamalıdır.
İctimai nəqliyyatda,avtobuslarda sıxlığı çox zaman sərnişin özünü qorumaqdansa,avtobusa daxil olmağa üstünlük verir,bu yanlışdır və sərnişin sıxlığı müşahidə edərsə avtobusa daxil olmaqdan imtina etməlidir.Çünki həm özünü,həm cəmiyyəti,həm doğmalarını qorumaqla,virusun yox olmasına öz töhfəsini verir.Bizim vətəndaşımız üçün qaydalar,bu məqamda daha önəmli olmalıdır.
Ölkədə atılan bütün addımlar vətəndaş sağlamlığını qorumağa və bu vəziyyətdən ən az itki ilə çıxmağa yönəlmişdir.Vətəndaş özündə və ailəsində narahatlıq hiss edərsə,tibb avtomobillərinin fəaliyyətindəki yükü anlıyıb,mütləq ərazi üzrə poliklinikalara zəng vurmalı və test götürülməsini tələb edərək,nəticəyə uyğun olaraq amblator və ya xəstəxana şəraitində müalicə almalıdır.
Bu günlərdə həmişə öz yüksək dəyərləri ilə seçilən azərbaycan vətəndaşı,marketlərdə,bazarlarda,hətta məhəllədə belə sosiai məsafəni qorumağı təbliğ etməlidir.Bu üç sadə qayda cəmiyyətimizin və bizim gələcək həyatımızın təminatıdır.
Vəndaşların əks-epidemioloji davranışları virusun yayılma sürətini artırır və yoluxma hər gün 500-ün üzərində olur,deməli vətən
daş qaydalara tam riayət etmir.Bu səbəbdən müəyyən sərt karantin rejimi və hüquqi müstəvidə cərimələr,məsuliyyətə cəlb olunma tədbiq edilməsi mütləq idi.İnsan təfəkkürü bütün baş verənləri analiz etməli,qərarı verməli və bu qaydaların məcburiyyət olduğunu anlamalıdırlar.
Dövlətin tədbiq etdiyi bütün qaydalara vətəndaş heç bir müzakirə etmədən əməl etməyə məcburdur.
Azərbaycan vətəndaşı xeyirxahlıq,həmrəylik nümayiş etdirərsə,virus daha tez məhf olar və normal həyatımıza dönə bilərik.
Zülfiyyə Nuriyeva
QHT sədri