Sosial şəbəkədə jurnalistləri təhqir edən şəxs həbs edildi

6 İyul 2020 14:20 (UTC+04:00)

Sərtləşdirilmiş xüsusi karantin rejimini pozaraq oteldə istirahət edən zaman "İnstagram" hesabından jurnalistləri təhqir edən, 1992-ci il təvəllüdlü İsmayıl Babayev həbs olunub. SİA-nın məlumatına görə, bu barədə Səbail Rayon Məhkəməsi qərar çıxarıb.

Qərara əsasən, ona 20 sutka inzibati həbs cəzası verilib.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidməti faktı təsdiqləyib.