“#kitabxanaçıtövsiyəedir” rubrikası davam edir

6 İyul 2020 13:55 (UTC+04:00)

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialının “#kitabxanaçıtövsiyəedir” rubrikası davam edir. İdarədən SİA-ya bildirilib ki, kitabxana mütəmadi olaraq öz oxucularını dünya ədəbiyyatı incilərindən olan əsərlər haqqında məlumatlandırır. Bu dəfə kitabxana E.L.Voyniçin yaradıcılığına, onun “Ovod” romanına müraciət edib.

Qeyd edək ki, əsərdə əhvalatlar gənclər hərəkatının üzvü olan Artur Berton adlı qəhrəmanın ətrafında baş verir. Onun atası Padre Montanelli ilə münasibətləri, dostu Cemmaya olan sevgisi ilə əlaqədar başına gələn faciəvi hadisələr əsərin əsasını təşkil edir. Bu din, məyusluq, inqilab, romantika və qəhrəmanlıq əsəridir. “Ovod” romanı bir əsrdən artıqdır ki, böyük maraqla qarşılanır və oxucularda güclü emosiyalar yaradır.