Daha bir vəzifəli şəxs koronavirusa yoluxub - ABŞ-da

6 İyul 2020 13:35 (UTC+04:00)

ABŞ-ın Missisipi ştatı Nümayəndələr Palatasının sədri Filip Qann koronavirusa yoluxub. SİA-nın məlumatına görə, F.Qann təmasda olduğu millət vəkilinin infeksiyaya yoluxmasından sonra testdən keçib və nəticə pozitiv çıxıb.

O bildirib ki, xəstəliyin heç bir simptomu büruzə verməyib. Lakin özünü karantinə alıb.

Qeyd edək ki, ştatda hər gün, orta hesabla, 200 nəfər koronavirusa yoluxur, 5 nəfər dünyasını dəyişir. Bu günədək bölgədə 30 min 900 infeksiyaya yoluxma faktı qeydə alınıb, 1 min 111 nəfər ölüb.