Hulusi Akar döyüş bölgəsinə gedib - FOTOLAR

6 İyul 2020 13:18 (UTC+04:00)

Türkiyənin Müdafiə naziri Hulusi Akar Liviyaya gedib. SİA-nın məlumatına görə, nazir Liviyada qiyamçı general Xəlifə Haftara qarşı döyüşən türk ordusunu ziyarət edib.

H.Akar Mərkəzi Aralıq Dənizində xidmət edən Türkiyə Dəniz İşçi Qrupunun “TCG Giresun” gəmisinə də gedib.

O, beynəlxalq hüquq çərçivəsində Liviya xalqının yanında olduqlarını bildirib.