Evdə qalaq... inanaq - biz bir yerdə güclüyük

6 İyul 2020 12:44 (UTC+04:00)

Bəzən həyatda elə hallar mövcud olur ki, həmin amillər bir-birləri ilə bənzərlik, oxşarlıq cəhətləri ilə daha çox nəzərə çarpır və bu cəhətlərin pis tərəfləri də, yaxşı tərəfləri də olur. Lap nağıllarda, əfsanələrdə, hətta real həyatda olduğu kimi. Xeyir və şər. Söz yox ki, şər müəyyən mənada xeyir üzərində üstünlüklər əldə etsə də sonradan, yəni son anda xeyirin qarşısında məğlub olur. Amma təəssüf ki, şər qüvvələr bu dünyada hələ ki, çoxdur və xeyirxahlıq amili ona qarşı mübarizəsini davam etdirir. Ta o vaxta qədər ki, şər xeyirin qarşısında diz çöksün.

Bu günlərdə sapı özümüzdən olan baltalar - şər qüvvələr yenidən fəallaşıblar. 21-ci əsrin ən böyük bəlası yaşandığı bu günlərdə planetimizdə koronavirus bütün dünyanı cənginə almaqda davam edir. Nə yaş, nə irq, nə ölkə, nə də sərhəd tanıyır. Bu gün dünyanın ən inkişaf etmiş, ən yüksək texnoloji avadanlıqlara, tibb sənayesinə malik ölkələri bu virusun qarşısının alınmasında acizdirlər.

Artıq elə bir vəziyyət yaranıb ki, bu gün hər bir qayda pozuntusu xəstələnmək və öz həyatını, ətrafını risk altına atmaq deməkdir. Hə, çox təəssüf ki, vəziyyət o qədər pis proqnozlara bağlıdır ki, məsuliyyətsiz davranılacağı, qaydalara riayət olunmayacağı təqdirdə daha da pisləşə bilər. Bir məqamı unutmamalıyıq ki, məsuliyyətsiz olmaqla, nəinki özümüzə, balalarımızın, sevdiklərimizin belə həyatına ciddi təhlükə yarada bilərik. Bu, bir acı reallıqdır.

Ancaq şər qüvvəli radikal müxalifətin "lideri" olan Əli Kərimli və "ələkçinin qıl verəni" Cəmil Həsənli sosial şəbəkələrdən çağırışlar edərək xalqı mitinqə çıxmağa çağırır. Xüsusilə də bu günlərdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə insanların sərtləşdirilmiş, yəni cərimələrin artırılmasından istifadə edərək ölkədə siyasi sabitliyi pozmağa çalışırlar. Ancaq anlamırlar ki,bu qərar yoluxmanın qarşısını almağa, insanların məsuliyyətli olmasına və ən əsası isə, insan itkisinin azalmasına nail olmaqdır. Müqayisə yo, faktlara əsaslanaraq tibbin inkişaf etdiyi ölkələr virusa yoluxmuş xəstələr arasında seçim aparmaq məcburiyyətində qalıb, xəstəxanalarda boş yer qalmayıb, yaşı çox olan xəstələr artıq qəbul edilmir, onlar ölümlə üz-üzə buraxılır. Bu, çox acınacaqlı bir vəziyyətdir və belə bir ağır durumun yaranmasına səbəb isə insanların bu virusa vaxtında ciddi yanaşmamasıdır.

Amma Azərbaycan dövləti ölkəmizdə bu cür vəziyyətin yaranmaması üçün bütün imkanlarını səfərbər edib, lakin bu tədbirlərin səmərəli olması üçün cəmiyyətimizin, insanlarımızın da üzərinə böyük məsuliyyət düşür. Bu gün dövlətin bütün potensialı koronavirus infeksiyası ilə mübarizəyə səfərbər olunub. Azərbaycan həkimi, polisi görünməmiş fədakarlıq göstərir. Amma bu azdır. Çünki görülən tədbirlər insanlarımızın qoyulan qaydalara ciddi riayət etməsi ilə müsbət nəticə verə bilər. Vətəndaşlarımız hər şeydən öncə özlərinin və yaxınlarının sağlamlığını düşünməlidir.

21-ci əsrin Şər qrupları isə xalqın, dövlətin əldə etdiyi uğurlara nəinki sevinmir, hətta düşmən münasibəti bəsləyərək bu nailiyyətin üstünə kölgə salmaq, onu qaralamaq üçün bütün gücünü səfərbər edir. Bununla yanaşı, Azərbaycanın şər-şabata düşmənləri ilə sıx iş birliyi quran şər qruplar ölkəmizin imicini, yüksələn nüfuzunu ləkələməyi sanki özlərinə borc bilirlər. Hələ bu da azmış kimi, şərə, şeytana, iblisə xidmət edən bu kimi idbarlıq nümayəndələri "hüquq müdafiəçisi" adı altında simasızlıqlarına maskalar taxmağı da unutmurlar. Onlardan biri də Sülh və Demokratiya İnstitutu maskası, həm də markası altında fəaliyyət göstərən şərbaz "hüquq müdafiəçisi" Leyla Yunus uzun müddət idi ki, yox olmuşdu, səsi çıxmırdı. Necə ki, "Milli Şura"nın növbəti video-qeybət tamaşası ortaya düşdü, səsi batanların "səsini çıxardı". Necə deyərlər, "gül" vurduqlarını zənn etdilər. Ancaq tryapka oldular, özüdə yararsız. Bir də guya ki, indiyədək yığışdıqları gapxanada bir ciddi mövzu müzakirəsi aparmışdı ki… Amma bu dəfə bir qədər fərqli. Yəni budəfəki “zoom buluşmaya radikal düşərgənin, daha doğrusu "Milli Şura"nın tryapkasının ABŞ-dan gözü yuxulu hamını salamlayaraq iqtidarın dialoq təklifinə müsbət cavab verən partiyalar və siyasətçiləri “tryapka” adlandırması da təəccüb doğurmadı. Qabında olanı dedi, daha doğrusu radikal müxalifətin hamısını şərə dəlalət verən tryapkalar saydı və heç ayaqqabı da silməyə lazım olmadığını dedi. Necə deyərlər, sözünü düzü bu idi. Hə, təsəvvür edirsinizmi? Vaxtıyla bir cəbhədə olduqlarına verdikləri qiymət idi, bu. Dəstədən qalma geri ifadəsinə qüvvət, bu dəfə Şər qüvvənin ortada qalanı Gültəkin Hacıbəyli “buğa söhbəti” eləməyə başladı. Məşədi İbad demişkən: "Heç hənanın yeridirmi?". Yeridir. Sən demə, nə vaxtsa Cəmil Həsənli buna – bizim 5 yaşımızda güldüyümüz - bir əhvalat danışıb. Guya sovet dövrünün hansısa məmuru rayonların birinə gedəndə öküzü, buğanı inəyin əri adlandırıb. Dodaq qaçırmayacaq qədər primitiv bir lətifəyə qəşş edib gülən Milli Şura “zoom konfransçılar” görəsən həmmin anda hansı səviyyədə olduqlarının fərqindəydilərmi? Məsələ, buğa-inək söhbətinin gülməli olub-olmadığından getmir. Söhbət özünü "ana müxalifət" elan etmiş bir siyasi qurumun müzakirə etdiyi mövzudur. Bir də buna da təəccüb etmək olmaz. Səviyyələri buraya qədərdi.

Belə səviiynin nümunəsi şər-şabatalı Leyla Yunus "arıqlamış" pul kisəsini "kökəltmək" üçün başlayıb sosial şəbəkələrdən çağırışlar etməyə əəmsin". Ölkəyə gələr-gəlməz isə özü kimi xəyanətkar, satqın şər mətbuatına çıxdı və bəyan etdi ki, bəzi məsələlərdən (?-H.R.) "narahat" və "narazıdır". Əslində, belə də olmalı idi...Məgər nə zaman belə olmayıb axı? Qrantlara hər şeylərini satan şər viruslardan soruşmaq istərdik ki, ay şərlər "xatunu" Leyla Yunus, nəyə görə sən bu ölkədə heç olmasa bir il davamlı şəkildə yaşamırsan və ayrı-ayrı zamanlarda səsin ümumiyyətlə gəlmir? İndi koronavirusun tüğyan ediyini görüb zənn etdiniz ki, "məqamdır, böhtan nə qədər imkan varsa bu hakimiyyəti şərlməyin məqamıdır. L.Yunus da deyib ki, "evdə qalmaq yox, evdən çıxıb mitinq meydanına yürümək" deməklə, satqın Qənimət Zahidin sözünə "qüvvət verərək" deyib ki, bu hakimiyyəti şərləməklə bu hakimiyyətdən yaxa qurtara bilərik" iddiası ilə çağırışlar edir. Bu nə birinci, nə də sonuncu haldır. Satqın satqının, əxlaqsız əxlaqsızın yanında olar.

Leyla Yunus - satqın və abırsız məxluqun "həyat fəlsəfəsi"!

Cəmiyyət isə belə "həyat fəlsəfələrini" çoxdan görüb. Hətta, vaxtilə Leyla Yunusun yolunu gedən bəziləri şərə xidmət etdiklərini anlayaraq, ziyanlı yollarından geri dönüblər. Leyla Yunus isə qalıb ortada tək və bu təklik əslində ona sərf edir. Çünki daha Arzu Abdullayeva, Səidə Qocamanlı, Novella Cəfəroğlu və digərləri illər öncə atdıqları bu kimi addımlarını daha atmırlar. Çünki şər xeyirə qalib gəlmişdi. Amma Leyla Yunusun geriyə qayıtması mümkünsüzdür. Çünki bu zamanda hakimyyətin gördükləri işi daima şərləmək Leyla Yunusun qanına hopub. Erməni xislətli Şər virusunun qanında pislik, ölkədə çətin durumun olmasına həmişə sevinib. Ancaq bu gün 17 illik düşünülmüş addımlara Azərbaycanı idarə edən dövlət başçımızın bütün uğurlarını görür, inanır və dəstəkləyir. Bax, budur Xeyir qüvvənin uğurlu işləri.

"Biz, bu sınaqdan da çıxacağıq". Elə Cənab prezidentin də dediyi kimi, “əgər insanlar özlərini məsuliyyətli apararlarsa və özünütəcrid qaydalarına əməl edərlərsə, biz bu xəstəliyin geniş yayılmasının qarşısını ala bilərik".

Evdə qalaq... inanaq - biz bir yerdə güclüyük.

RƏFİQƏ