Ermənistanda koronavirusa yoluxanların sayı 29 minə çatdı

6 İyul 2020 12:39 (UTC+04:00)

Ermənistanda koronavirusa yoluxanların sayı son sutka ərzində 330 nəfər artaraq 28 min 936-ya çatıb. SİA-nın məlumatına görə, son 24 saatda 7 nəfər ölüb. Bununla da pandemiya qurbanlarının sayı 491 nəfər olub.

Bu günədək 16 min 302 nəfər sağalıb.

Hazırda Ermənistanda 12 min 143 aktiv koronavirus xəstəsi var.