Koronavirusa yoluxanların sayı 11 milyonu ötüb

6 İyul 2020 11:13 (UTC+04:00)

Dünya miqyasında koronavirusa yoluxanların sayı 11 milyon 563 min 4 nəfərə çatıb. SİA-nın məlumatına görə, onlardan 536 min 843 nəfər xəstəlik səbəbilə dünyasını dəyişib.

6 milyon 537 min 765 nəfər sağalıb.

Hazırda 4 milyon 488 min 396 nəfərin müalicəsi davam edir.

58 min 552 nəfərin vəziyyəti kritik qiymətləndirilir. Bu da pandemiya tarixində ilk dəfə qeydə alınan ən yüksək rəqəmdir.

Son bir neçə saat ərzində 12 min 462 yeni yoluxma, 398 ölüm qeydə alınıb.