“Yuventus”un qapıçısı Canluici Buffon İtaliya çempionatında rekorda imza atmasına münasibət bildirib.
SİA xəbər verir ki, 42 yaşlı qolkiper şəxsi İnstaqram səhifəsində yazıb: “648 – bu, rəqəm deyil. Bu, bütün həyatdır. İki əlcək arasındakı həyat, iki qütb arasında həyat, bir çox sınaqlarla həyat. Və ən gözəl hədəf hələ qarşıdadır. Sizə 648 dəfə təşəkkür edirəm".