Millimizin üzvü "Zorya"ya qarşı bir hissə oynayıb

6 İyul 2020 01:23 (UTC+04:00)

Ukrayna Premyer Liqasında 29-cu tura start verilib.

SİA xəbər verir ki, millimizin futbolçusu Pavel Paşayevin çıxış etdiyi "Aleksandriya" səfərdə "Zorya" ilə qarşılaşıb. Oyun 2:2 hesabı ilə başa çatıb.

P.Paşayev start heyətdə meydana daxil olub və 46-cı dəqiqədə əvəzlənib.

Qeyd edək ki, "Aleksandriya" hazırda 44 xalla 5-ci pillədə qərarlaşıb.