ABŞ-ın Cənubi Karolina ştatında gecə klubunda silahlı şəxs iki nəfəri qətlə yetirib

6 İyul 2020 07:21 (UTC+04:00)

ABŞ-ın Cənubi Karolina ştatında gecə klubunda silahlı şəxs insanlara atəş açıb.

SİA "news.immitate.coml" saytına istinadən xəbər verir ki, insident Qrinvil şəhərində yerləşən "Lavish Lounge" klubunda baş verib.

Məlumata əsasən, insident nəticəsində iki nəfər həlak olub, 8 nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.