28 yaşlı Şirvan sakini bıçaqlanıb

6 İyul 2020 00:51 (UTC+04:00)

Şirvan sakini bıçaqlanıb.

SİA xəbər verir ki, Şirvan şəhər sakini, 1992-ci il təvəllüdlü Cəfərov Hikmət Həsənağa oğlu qarın nahiyəsindən bıçaq yarası, başından isə küt alət zərbəsi ilə Şirvan Şəhər Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Bildirilir ki, həmin şəxsə xəsarətlər yaşadığı yataqxanada münaqişə zamanı yetirilib.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.