Azərbaycanda hazırda koronavirusa yoluxmuş xəstələrdən 348 nəfəri reanimasiyadadır

5 İyul 2020 22:09 (UTC+04:00)

Hazırda koronavirusa yoluxmuş xəstələrdən 348 nəfəri reanimasiyadadır.

SİA xəbər verir ki, bu barədə məlumat TƏBİB-in son statistikasında yer alıb.

Bildirilib ki, xəstələrdən 60 nəfəri süni tənəffüs aparatına qoşulub.

Qeyd edək ki, bu günədək Azərbaycanda 20 324 nəfər COVID-19-a yoluxub, onlardan 11 742-si sağalıb, 250 nəfəri isə vəfat edib.