ABŞ-da koronavirusa yoluxanların sayı 2,8 milyonu ötüb

5 İyul 2020 20:28 (UTC+04:00)

ABŞ-da son sutkada yeni növ koronavirusa 45 min yoluxma halı qeydə alınıb.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Con Hopkins Universitetinin hesabatında deyilir.

Bildirilir ki, bundan əvvəlki antirekord iyulun 2-si qeydə alınıb - 55 220 yoluxma faktı.

Ümumilikdə ABŞ-da koronavirusa yoluxanların sayı 2,8 milyonu ötüb, 129 mindən çoxu vəfat edib, sağalananların sayı isə 894 min təşkil edib.