Türkiyədəki partlayışda yaralanan 114 nəfərlə bağlı son durum

5 İyul 2020 15:12 (UTC+04:00)

Sakaryada baş verən partlayışda yaralanan 114 nəfər xəstəxanadan evə buraxılıb. SİA-nın verdiyi məlumata görə, Sakarya valisi Çetin Oqtay Kaldırım bu barədə bildirib. Vali deyib ki, qəza ilə əlaqədar hazırda 6 yaralı var ki, onlardan birinin vəziyyəti ağırdır.

Qeyd edək ki, 3 iyulda Sakaryanın Hendek rayonunda pirotexnika istehsal edən fabrikdə naməlum səbəbdən partlayış baş verib. Hadisə nəticəsində 4 nəfər ölüb, 3 nəfər itkin düşüb. Faktla bağlı 3 nəfər həbs olunub.