Son sutkada koronavirusdan 163 nəfər vəfat edib İranda

5 İyul 2020 14:51 (UTC+04:00)

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 163 nəfər vəfat edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, İrandan koronavirusdan ölənlərin sayı 11571 nəfərə çatıb. İranda son sutka ərzində koronavirusa 2560 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 240438 nəfərə çatıb. İndiyədək xəstəlikdən 201330 nəfər sağalıb. Hazırda virus daşıyıcısı olan xəstələrdən 3168 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.