Daha 6736 nəfər COVID-19-a yoluxdu Rusiyada

5 İyul 2020 12:13 (UTC+04:00)

Rusiyada son sutka ərzində daha 6736 nəfər yeni növ koronavirusa yoluxub, ölkə üzrə aşkar edilmiş yoluxma hallarının sayı 681 min 251-ə yüksəlib. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bir gündə 134 xəstə virusdan ölüb. Rusiyada pandemiya qurbanlarının ümumi sayı 10 min 161 nəfərdir. İndiyədək 450 min 750 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma sayına görə dünyada üçüncü yerdədir.