Koronavirusa yoluxma sayı 950-ni keçdi Gürcüstanda

5 İyul 2020 11:05 (UTC+04:00)

Gürcüstanda son sutka ərzində 3 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub, bununla aşkar edilmiş ümumi yoluxma sayı 951-ə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, indiyədək 828 nəfər sağalıb, 15 xəstə vəfat edib. Hazırda koronavirus səbəbilə 3569 nəfər karantində saxlanılır, 199 nəfər isə stasionar şəraitdə müalicə alır.