Nicat Qurbanovdan Gürcüstan çempionatında növbəti qol

5 İyul 2020 05:03 (UTC+04:00)

Gürcüstan yüksək liqasında 4-cü turun oyunları keçirilib.

SİA xəbər verir ki, azərbaycanlı futbolçu Nicat Qurbanovun çıxış etdiyi “Samtrediya” səfərdə “Telavi” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.

Nicat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının yeganə qolunu da 9-cu dəqiqədə penaltidən fərqlənən Qurbanov vurub. Bununla da o, cari mövsümdə vurduğu qolların sayını 2-yə çatdırıb.

4 turdan sonra hesabında 4 xal olan “Samtrediya” 10 komanda arasında 7-ci pillədə qərarlaşıb.