Londonda qanunsuz gecə şənliyini dağıdan zaman 10-dan çox polis əməkdaşı yaralanıb

5 İyul 2020 06:35 (UTC+04:00)

Londonda qanunsuz gecə şənliyini dağıtmağa cəhd edərkən 10-dan çox polis əməkdaşı yaralanıb.

Trend-in məlumatına görə, hadisə iyulun 4-də Hammersmit və Fulem rayonlarında baş verib.

Yerli sakinlər çoxlu sayda insanın, səs-küyün olduğu, sosial əleyhinə davranışlar və ərazidəki qarşıdurmalardan şikayətləniblər.

Polis hadisə yerinə gəlib, lakin şənlik iştirakçıları onları düşmənliklə qarşılayıblar. Onlar polislərə kərpic və digər əşyaları atmağa başlayıblar.

Nəticədə 11 polis yaralanıb. Onlardan ikisində həkimlər sümük qırıqlarını qeyd etdilər. Hadisə ilə əlaqədar istintaq başladıldı.