Naməlum şəxslər Bağdadın yaşıl zonasında ABŞ səfirliyinə raket atəşi açıblar

5 İyul 2020 07:44 (UTC+04:00)

Naməlum şəxslər Bağdadın yaşıl zonasında ABŞ səfirliyinə raket atəşi açıblar.

SİA xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı bildirib.

İraqın "Diclya" peyk televiziya kanalının verdiyi məlumata görə, bəzi raketlər Patriot zenit raket sistemləri tərəfindən ələ keçirilib.

Məlumata əsasən, "yaşıl zona"nın ərazisinə bir neçə mərmi düşüb. Dağıntılar haqqında məlumat verilməyib.