"Traktor" doğma meydanda "Sanat Naft"a qalib gəlib

4 İyul 2020 22:19 (UTC+04:00)

İran çempionatında 23-cü tura start verilib.

SİA xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən "Traktor" doğma meydanda "Sanat Naft"la qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, "Traktor" hazırda turnir cədvəlində 40 xalla 3-cü pillədə qərarlaşıb. "Persepolis" 47 xalla (22 oyun) 1-ci, "Sepahan" 40 xalla (22 oyun) 2-cidir.