Canluici Buffon İtaliya A seriyasının tarixində yeni rekord müəyyənləşdirib

4 İyul 2020 20:32 (UTC+04:00)

"Yuventus"un qapıçısı Canluici Buffon İtaliya A seriyasının tarixində yeni rekord müəyyənləşdirib.

SİA xəbər verir ki, 42 yaşlı qolkiper ölkə çempionatında bu gün "Torino" ilə matça start heyətində meydana çıxıb. Bununla da, A seriyasında oyun sayını 648-ə çatdıran Buffon "Milan"nın sabiq müdafiəçisi Paulo Maldinini geridə qoyaraq bu göstəricidə ilk pilləyə yüksəlib. Maldini 1984-2009-cu illərdə elitada 647 görüşdə iştirak etmişdi.