Yevlaxda baba mexaniki dəryazla ehtiyatsızlıqdan nəvəsinin ayağını kəsib

5 İyul 2020 01:23 (UTC+04:00)

Yevlaxda bədbəxt hadisə baş verib.

Yevlaxda baba mexaniki dəryazla ehtiyatsızlıqdan nəvəsinin ayağını kəsib.

SİA bölgə müxbiri xəbər verir ki, hadisə Əkşəm kəndində qeydə alınıb.

Sol ayaq nahiyəsinin topuq hissəsindən xəsarət alan 2007-ci il təvəllüdlü Nurlan Vəkirov xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra Bakıdakı klinikalardan birinə göndərilib.

İlham Məmmədov