Çempion "Bavariya" Almaniya kubokuna da sahib olaraq "qızıl dubl" edib

4 İyul 2020 23:57 (UTC+04:00)

Futbol üzrə Almaniya kubokunun final oyunu keçirilib.

SİA xəbər verir ki, həlledici oyunda Bundesliqanın 2019/20 mövsümünün qalibi “Bavariya” “Bayer”lə qarşılaşıb.

Dörd qolun qeydə alındığı matç Münhen təmsilçisinin qələbəsiylə başa çatıb. Beləcə, “Bavariya” bu mövsümü “qızıl dubl”la bitirib.

Qeyd edək ki, bu, “Bavariya”nın tarixində 20-ci belə uğurdu. Münhen təmsilçisi kubok sayında rekordçudu. Almaniya kubokunda bu komandadan sonra ən çox uğura imza atan “Verder”di – 6 dəfə.

Almaniya kuboku

Final

4 iyul

Bayer – Bavariya 2:4

Qol: Bender, 63. Haverts, 90+4-pen – Alaba, 16. Qnabri, 24. Levandovski, 59; 89.