Daha 534 nəfər koronavirusa yoluxdu, 471 nəfər sağaldı, 6 nəfər öldü

4 İyul 2020 19:44 (UTC+04:00)

Azərbaycanda 534 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 471 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə SİA-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər isə vəfat edib.

İndiyədək 241 nəfər bu virusdan dünyasını dəyişib, 11 291 nəfər sağalıb.

Ötən müddət ərzində 509 min 811 test aparılıb. Bugünkü test sayı isə 6846-dir.