Türkiyədə baş verən partlayışa görə üç nəfər saxlanıldı

4 İyul 2020 17:23 (UTC+04:00)

Türkiyənin Sakarya şəhərinin Hendek rayonunda pirotexniki vasitələrin istehsalı fabrikində baş vermiş partlayışla bağlı üç nəfər saxlanılıb. SİA xəbər verir ki, faktla bağlı Sakarya prokurorluğu tərəfindən istintaq aparılır.

İyulun 3-də baş vermiş hadisə nəticəsində dord nəfər həlak olub, 114 nəfər yaralanıb. Dağıntılar altında daha üç nəfərin qaldığı bildirilir.