“Rusiya telekanallarının erməni paketində yayımlanması siyasi məsələdir” Qriqori Trofimçuk

4 İyul 2020 17:08 (UTC+04:00)

Bu günə qədər Rusiya televiziya kanallarının Ermənistan ərazisində pullu yayımı ilə əlaqədar olaraq, bu ölkənin rəhbərliyi, yalnız, necə deyərlər, vəziyyəti sınaqdan keçirir. SİA Ermənistana məxsus tert.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu fikri tert.am-a verdiyi müsahibədə xarici siyasət, müdafiə və təhlükəsizlik sahəsində beynəlxalq ekspert, rusiyalı analitik Qriqori Trofimçuk deyib.

Beynəlxalq ekspert, rusiyalı analitik əlavə edib ki, Nikol Paşinyan və tərəfdarları özlərinə məxsus ən sevimli tərzdə hərəkət edirlər və Moskvadan reaksiyasını gözləyərək heç vaxt sınağı sona çatdırmırlar.
Xatırladaq ki, iyunun 26-da “Audiovizual media haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edildikdən sonra Rusiyanın Ermənistandakı səfirliyi Rusiya tərəfinin ölkədə rus televiziya kanallarının yayımlanması ilə bağlı erməni tərəfdaşları ilə dialoqa hazır olduqlarını bildirmişdi.

Qanun layihəsi xarici televiziya kanallarının Ermənistan Respublikasının büdcəsi hesabına yayımlanmamasını dəstəkləyir.

Qriqori Trofimçukun fikrincə, qonşu ölkələrə, xüsusən Avrasiya dairəsi ölkələrinə yayımlanan Rusiya televiziya kanallarının bu ərazilərdə rus dilini qorumaq məsələsi siyasi baxımdan çox incə və ağrılıdır və ona görə də bu "kabeli" dərhal kəsmək təhlükəlidir.

“Ancaq qeyd etmək lazımdır ki, burada rus dilinə hücumlar birinci və sonuncu dəfə dəfə deyil. Digər tərəfdən, Ermənistan hökuməti prinsipcə, bu xarici, rus yayımından pul qazanmaq istəyir, çünki SSRİ-də hər şey yalnız pulsuz idi. Ayrıca, yayım üçün ödəmə tələbi, İrəvanın Ermənistan tərəfinin daim bəyənmədiyi Rusiya qazının qiymətinə güzgü cavabı ola bilər", deyə Qriqori Trofimçuk bildirib.

Onun fikrincə, Moskva, bildiyiniz kimi, bu cür “hiyləli” hərəkətləri sevmir və onları dəqiq qeydiyyata alır.
“Rusiya Federasiyasında bu hal neqativ olaraq qəbul edilib və bu neqativlik Nikolay Vovaeviçin imicini daha da pisləşdirəcəkdir. Rusiya televiziya kanallarının erməni paketində yayımlanması, kim nə deyir-desin, bir siyasi məsələdir, daha doğrusu, inteqrasiya məsələsidir. Əgər telekanallar yoxdursa, deməli, inteqrasiya da zəif görünür”, deyə ekspert vurğulayıb.