ABŞ səfirliyindən asılan LGBT bayrağına Putindən münasibət: Orada kimin işlədiyini bəllidir

4 İyul 2020 10:59 (UTC+04:00)

Rusiya Prezidenti Vladimir Putin Amerika Birləşmiş Ştatlarının Moskvadakı səfirliyi üzərində asılan LGBT bayrağına münasibət bildirib. SİA-nın Rusiya Prezidentinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Putinin məsələyə münasibəti çox sərt olub və sətiraltı olaraq səfirliyin rəhbərliyini "öz adı ilə" çağırıb.

Putin: "ABŞ-ın diplomatik nümayəndəliyindən asılan bayraq orada kimin işlədiyini göstərir. Ancaq qorxulu deyil. Bu barədə dəfələrlə danışmışıq və dəqiq bir mövqeyimiz var", deyə əlavə edib.