Ermənistanda koronavirusdan ölənlərin sayı 477 nəfərə çatıb

4 İyul 2020 11:26 (UTC+04:00)

Ermənistanda koronavirusa yoluxanların sayı 27 900 nəfərə çatıb. Erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 580 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 8 nəfərin ölümü qeydə alınıb.

Bugünədək Ermənistanda 477 nəfər koronavirusdan ölüb, 11 488 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyulun 13-dək uzadılıb.