"Səni görəndə əsəbiləşirəm, çox yekəxanasan" FOTOLAR

4 İyul 2020 14:31 (UTC+04:00)

Müğənni Günay İbrahimli fotokamera önünə keçib. SİA-nın məlumatına görə, ifaçı yeni şəkillər çəkdirib. Onun fotolardakı geyimi diqqətləri cəlb edib. Hər zaman dəbli paltarlara üstünlük verən ifaçı bu dəfə də ənənəsinə sadiq qalıb.

O, sözügedən fotolarını sosial media səhifəsində yayımlayıb. Onun bu paylaşımı başına bəla olub. Belə ki, izləyicilərin bir qismi Günayın ünvanına təiflər yağdırıblar, digərləri isə "Səni görəndə əsəbiləşirəm. Çox yekəxana birisən" kimi tənqidlər yazıblar.