“Karantin rejimi ancaq müğənnilərə aiddir?” VİDEO

4 İyul 2020 10:10 (UTC+04:00)

Müğənni Kərim Abbasov bir müddət əvvəl istirahət mərkəzlərindən birində səhnəyə çıxması və karantin qaydalarını pozması ilə bağlı xəbərlərə münasibət bildirib. SİA-nın məlumatına görə, ifaçı bu sözləri deyib: "Elə dövrdür ki, oxuya bilmirik. Oxuyan kimi, çağırıb cərimə yazırlar. Musiqiçiləri yığıb məşq də edə bilmirəm. Deyəcəklər, sosial məsafə qorunmayıb. Heç yerdə oxumaq olmaz.

Bu qaydalar ancaq müğənnilərə aiddir? Marketə gedirəm, işçilər maska taxmır. Bu yaxınlarda marketdə baxıram ki, kassada təcili yardım işçiləri dayanıb, maska, əlcək yoxdur. İstədim sosial şəbəkədə paylaşım, sonra etmədim. Avtobuslarda insanlar bir-birinə yapışır, məsafə qorunmur".