Yaponiyada 200 mindən artıq sakin leysan yağışları ilə əlaqədar təxliyə edilir

4 İyul 2020 08:58 (UTC+04:00)

Yaponiyada 200 mindən artıq sakinə güclü leysan yağışları ilə əlaqədar təxliyə üçün təlimat verilib.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, təlimat Kumamoto və Kaqosima prefekturalarının sakinlərinə verilib. Bu prefekturalarda maksimal təhlükə səviyyəsi elan edilib.

Son məlumatlara əsasən, Akisita qəsəbəsində (Kumamoto prefekturası) baş verən daşqınlar nəticəsində 13 nəfər itkin düşüb.

"Kyushu Electric Power" şirkətindən bildiriblər ki, Kumamoto prefekturasıda 9 mindən artıq ev işıqsız qalıb.