Dünyada yeni növ koronavirusa yoluxanların sayı 11 milyon nəfəri ötüb.
SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Con Hopkins Universitetinin hesabatında deyilir.
Bildirilir ki, dünyada koronavirusa yoluxanların sayı 11 031 905 nəfərə çatıb. Hazırkı dövrədək koronavirusa yoluxanlardan 523 777 nəfəri vəfat edib.