Saatlı rayon sakini özünə qəsd edib

3 İyul 2020 21:55 (UTC+04:00)

Saatlı rayon sakini özünə qəsd edib.

SİA xəbər verir ki, Saatlının Mollavazlı kənd sakini, 1967-ci il təvəllüdlü Əliyev Rövşən Baladayı oğlu rayonun Qıraqlı kəndində qeyri-qanuni nigahda olduğu qadının evində intihar edib. İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Saatlı Rayon Prokurorluğunda araşdırma aparılır.