Kanadanın Alberta əyalətində kiçik həcmli təyyarə qəzaya uğrayıb

4 İyul 2020 07:53 (UTC+04:00)

Kanadanın Alberta əyalətində kiçik həcmli təyyarə qəzaya uğrayıb.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, insident Edmonton şəhərinin beynəlxalq hava limanından 22 kilometr şərqdə qeydə alınıb.

Bildirilir ki, qəza nəticəsində təyyarədə olan 3 nəfər ölüb.

Hadisə yerinə xilasedicilər və polis əməkdaşları cəlb edilib, qəza ilə bağlı araşdırmalar aparılır.